Yığmamız Maltada yoldaşlıq oyunları keçirəcək
Digərləri 27 Avq 2019 10:22:00 207 0
19 yaşadək futbolçulardan Azərbaycan milli komandasının avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində təlim-məşq toplanışı olacaq.
Bakı.
19 yaşadək futbolçulardan Azərbaycan milli komandasının avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində təlim-məşq toplanışı olacaq.
Trend-in məlumatına görə, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.
Mənbə: az.trend.az