Bakıda bahalı avtomobildən qorxunc manevr


Digərləri 27 Avq 2019 11:49:00 191 0

Bakıda bahalı avtomobildən qorxunc manevr

Bakıda bəzi sürücülərin təhlükəli manevrlər etməsi və qəza şəraiti yaratması hallarına tez-tez rast gəlinir.

Son.az publika.az-a istinadən xəbər verir ki, növbəti belə hadisələrdən biri Yasamal rayonu ərazisində - Kənar dairəvi yolda baş verib. 10 ZL 051 dövlət qeydiyyat nişanlı "Dodge Durango" markalı avtomobilin sürücüsü təhlükəli manevr edərək yolun əks hərəkət zolağına çıxıb və ötmə manevri edib. Bu zaman həmin nəqliyyat vasitəsini üzbəüz gələn digər avtomobillə toqquşmadan çox ani zaman ayırıb.

Hadisənin görüntüsünü təqdim edirik.