İkardi heç bir futbolçunun almayacağı təklifləri rədd etdi


İdman 26 Avq 2019 17:52:00 297 0

İkardi heç bir futbolçunun almayacağı təklifləri rədd etdi

Yay transfer pəncərəsi dönəmində adı başda Napoli olmaqla bir neçə klubun hədəfində olan İnter-li oyunçu Mauro İkardi klubunu dəyişmək niyyətində deyil.

Goal.az xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı və meneceri Vanda nara məlumat verib.

"Napoli-də çox dostumuz olduğu doğrudur. Ancaq hamı onun seçiminin İnter olduğunu bilir. Yay girəndən bəri heç bir klubun təklifi ilə maraqlanmayıb".

İkardinin İnter-lə macərasının bitmədiyinə inanan Nara, fikirlərini bu sözlərlə tamamlayıb: "Dünyada heç bir futbolçunun almayacağı təkliflər aldı. Ancaq o, sözünə qalaraq İnter-i seçdi və heç bir təklifi qəbul etmədi". 

Xatırladaq ki, son olaraq İkardinin İnter-də "7 nömrəli" forma geyinəcəyi açıqlanıb.