Ruhani: Sanksiyalar davam etdikcə, müsbət dəyişiklik olmayacaq


Digərləri 27 Avq 2019 11:33:13 175 0

Ruhani: Sanksiyalar davam etdikcə, müsbət dəyişiklik olmayacaq

ABŞ-ın İrana qarşı sanksiyaları davam etdikcə, regionda heç bir müsbət dəyişiklik olmayacaq.

Bakı. Elnur Bağışov - ABŞ-ın İrana qarşı sanksiyaları davam etdikcə, regionda heç bir müsbət dəyişiklik olmayacaq. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Dövlət Həftəsi (24-30 avqust) münasibəti ilə bir sıra layihələrin açılışı ilə əlaqədar təşkil olunan tədbirdə deyib. H.Ruhaninin sözlərinə görə, müsbət dəyişikliklərin açarı Vaşinqtonun əlindədir: "Qərb ölkələri regionda əlavə təhlükəsizlik və region ölkələri ilə yaxşı əlaqələr qurmaq istəyirsə, addımlar atmalıdırlar.İranın hərbi doktrinası normal silahlara əsaslanır və nüvə silahı, kimyəvi silah, kütləvi qırğın silahlarına yer yoxdur".