Qız sevgilisini bıçaqladı, yanında oturub, siqaret çəkdi


Dünya 27 Avq 2019 10:24:00 216 0

Qız sevgilisini bıçaqladı, yanında oturub, siqaret çəkdi

Yaponiyadakı cinayət hadisəsi dünya mediasının diqqətini çəkib.

Son.az news.com.au-ya istinadla xəbər verir ki, Yaponiyada 21 yaşlı Yuka Takaoka adlı qız küçədə sevgilisini bıçaqlayıb.

Phoenix Luna adlı oğlanla birlikdə yaşayan Yuka onu qarnından bıçaqladıqdan sonra yanında oturaraq siqaret çəkib. O, hadisə yerinə gələn polislərə belə əhəmiyyət vermədən telefonla danışıb. Hadisə şahidləri gördükləri "mənzərə"dən dəhşətə gəliblər. Onlar həmin anları mobil telefonla kameraya çəkiblər.

Qızın bıçaqladığı sevgilisinin yanında oturub siqret çəkməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Lakin, qızın gözəlliyi də müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri, xüsusən də, oğlanlar belə gözəl qıza cinayəti yaraşdırmadıqlarını qeyd edib, onu bu hərəkətinə görə qınayıblar. Onun fotosuna "Çox gözəl cinayətkardır", "Model ola bilərdi, həbsə girəcək", kimi şərhlər yazılıb.

(adsgarden = window.adsgarden || []).push({});