Bali adasında qəzaya düşdü, Moskvada öldü


Dünya 27 Avq 2019 09:14:00 217 0

Bali adasında qəzaya düşdü, Moskvada öldü

Rusiyanın Krasnodar şəhər sakini, 32 yaşlı səyahətçi-bloqqer Olesya Satsunkeviç Bali adasında (İndoneziya) düşdüyü qəzadan sonra Moskvadakı xəstəxanada dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mərhumun İnstaqram hesabında məlumat verilib.

Olesyanın bayk sürərkən qəzaya uğradığı bildirilir. Qəzanın baş vermə səbəbləri hələ də məlum deyil.

Bloqqerin dostlarının sözlərinə görə, adada tibb işçiləri onu əməliyyat edə bilməyiblər. Buna səbəb Olesyanın qeyri-stabil halı olub. Daha sonra o, Moskvada əməliyyat olunub. Sosial şəbəkələrdə onun müalicəsi üçün vəsaitinin toplanılmasına başlanılmışdı. Lakin həkimlər qızın həyatını xilas edə bilməyib. Bloqqer avqustun 25-də vəfat edib.

(adsgarden = window.adsgarden || []).push({});