Moskvada metro xəttinin uzadılması layihəsi müzakirəyə çıxarılacaq


Dünya 27 Avq 2019 08:20:00 220 0

Moskvada metro xəttinin uzadılması layihəsi müzakirəyə çıxarılacaq

Moskva meri Sergey Sobyanin paytaxtın metro xəttinin "Kommunarsk"stansiyasından "Troitsk"a qədər artırılması təklifini irəli sürüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mer layihə ilə bağlı müzakirələrdə moskvalıları iştirak etməyə dəvət edib. Bundan başqa, yaxın vaxtlarda layihənin ictimai müzakirəsi keçirilməklə yanaşı, müsbət və mənfi cəhətləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

S.Sobyaninin sözlərinə görə, layihəyə əsasən sözügedən xəttin uzunluğu 14,6 kilometr təşkil edir. Xəttin arasında 6 stansiyanın olması nəzərdə tutulub.

Mer, həmçinin qeyd edib ki, hər stansiyanın yaxınlığında avtomobillər üçün giriş yolları və parklanma tikiləcək, eyni zamanda, həmin ərazilərə ictimai nəqliyyatın marşrutları təşkil olunacaq.