Axtarışda olan insan alverçisi tutuldu Bəlkə, tanıdınız...


Kriminal 27 Avq 2019 04:30:00 196 0

Axtarışda olan insan alverçisi tutuldu  Bəlkə, tanıdınız...

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış tədbirləri keçirib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, tədbirlər zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin insan alveri maddələri ilə axtarışa verilmiş Kazımova Natəvan İbrahim qızı tutularaq istintaq orqanına təhvil verilib.

Kazımova Natəvan İbrahim qızı 1983-cü ildə Tovuz rayonunda anadan olub. Tovuz rayon sakinidir.

Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.