Balakəndə taxta sexi yanıb


Digərləri 27 Avq 2019 06:30:00 192 0

Balakəndə taxta sexi yanıb

Balakən rayonunda yanğın hadisəsi baş verib

Bakı. Balakən rayonunda yanğın hadisəsi baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, Balakən rayonunun Tülü kəndində ümumi sahəsi 20 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış 5 m³ taxta materiallarının 3 m³, 2 ədəd dəzgah və yaxınlıqda yığılmış 8 m² sahədə taxta tullantıları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.