Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti olub FOTO


Digərləri 27 Avq 2019 01:30:00 192 0

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti olub  FOTO

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə konsert keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdə Əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim ediblər.

Hazırda Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony gecənin xüsusi qonağı olub və məşhur hitlərini səsləndirib.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.