Sözü təsirli edən amil


Digərləri 26 Avq 2019 23:20:00 236 0

Sözü təsirli edən amil

Din ona görə mövcuddur ki, insanları dünya hədəfindən agah etdiyi kimi, onları mənəviyyata tərəf yönləndirsin.

Əgər insan onun boynuna qoyulan bu vəzifəni yaxşı yerinə yetirməzsə, axirəti və mənəviyyatı insanlara aşılaya bilməyəcəkdir.

Tarixdə oxuyuruq ki, peyğəmbərləri (ə) dini təbliğ etdikləri üçün döyürdülər, daş-qalaq edirdilər, hətta qətl edirdilər. Ancaq buna baxmayaraq, onlar öz vəzifələrini ən gözəl şəkildə yerinə yetirirdilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də əmr-be-məruf və nəhy-əz-münkər - hamının vəzifəsidir. Din alimləri bu mövzuda daha qabaqcıldırlar. Ancaq əgər din alimi dünyapərəstlik edər və insanları dünya sevgisinə dəvət edərsə, qalan müsəlmanların vəzifəsidir ki, onu bu münkərdən çəkindirsinlər və nəhy etsinlər.

Əgər insan axirətini düşünərsə, dünyadakı yaşayışının təmtərağına çox diqqət etməz. Əksinə, bütün səyi sadə yaşamaq olar. Ancaq əksinə olan zaman insanın bütün səyi ancaq dünya olar və axirəti unudar.

Ona görə də Allahın biz insanlara verdiyi söz nemətinin təsiri böyükdür. Əgər din alimlərinin ağzından çıxarsa, daha təsirli olar.

(adsgarden = window.adsgarden || []).push({});