Qarpız yeyənlərə xəbərdarlıq


Digərləri 26 Avq 2019 23:13:00 247 0

Qarpız yeyənlərə xəbərdarlıq

Marqarin yağları çıxandan bəri ürək xəstəlikləri artıb. Bunun da səbəbi trans yağlardır.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu məşhur kardioloq Canan Karatay verdiyi açıqlamada bildirib.   Onun sözlərinə görə, son zamanlar bütün xəstəliklərə genetikdir deyirlər, ancaq elə xəstəliklər var ki,onun kökündə düzgün qidanlanmamaq dayanır.   "Şəkərli içkilər, GMO məhsuları və qeyri-sağlam məhsular vücudu bir-birinə qatır. Qazlı içkilər çox təhlükəlidir. Təəsüf ki, satışda olan içkilərin böyük əksəriyyəti ya qazlı, ya da kimyəvi qatqılı olanlardır. Xüsusi dad və rəngləndiricilərlə göz oxşayan, iştah açan şəkərli içkilər də bu qəbildəndir. Eyni zamanda qarpız və yemiş istehlakında diqqət etmək lazımdır. Bildiyimizin əksinə qırmızı ət, yumurta, quru lobya sidik turşusunu yüksəltməz. Yeyirsinizsə qurdlu alma yeyin. İmmun sistemi xəstəliklərinin ən böyük səbəbi rəfinə edilmiş şəkər, un, duzdur. Təbii yağlardan ziyan gəlməz. Bütün yağlar ziyanlıdır deyə bir qayda yoxdur. Xərçəng Altsheymer, şəkər kimi bir çox xəstəliklərə səbəb məhz trans yağlardır. Həmçinin sağlam olmaq üçün qidalanmadan əlavə istirahət də önəmlidir. Bunun üçün ilk öncə vaxtlı-vaxtında və normal şəkildə yatmaq lazımdır." Son.az

(adsgarden = window.adsgarden || []).push({});