Kvant kompyuterlərin dövrü başlayır


Digərləri 26 Avq 2019 23:15:00 249 0

Kvant kompyuterlərin dövrü başlayır

Yeni olan bir maddə sayəsində, kvant kompyuterlərin istehsalındakı ən böyük çətinlik aşılmış ola bilər. Araşdırmaçılar bu görüşün müasir kompyuterlərin var olmasında ən böyük inkişaf olan, silikon çiplərin icadına bərabər gəldiyini düşünür.

Araşdırmada maqnetik sahələrə müqavimətli uran-ditellürid (UTe2) maddəsi sayəsində kvant hesablamalarda yaranan səhvlər minimuma endirilə bilər.

NISTdən (National Institute of Standards and Technology) fizika alimi Nik Butç bu barədə belə deyib: "Bu inkişaf kvant kompyuterlərin silikon dövrü olaraq adlandırıla bilər. Uran-ditellürid istifadə edərək kvant kompyuterlərdə işləyə biləcək məhsuldar kübitlər edə bilərik". Nik Butç və yoldaşları uran əsaslı maqnit növlərini araşdırarkən, UTe2-nin kvant dostu xüsusiyyətlərini kəşf etdi.

Bu inkişaf bizi kompyuterlərin gələcəyinə apara bilər. Qrup uran uran-ditellüridin həm kvant işləmədə, həm də hələ də bəzi həll edilməyən sirlərin olduğunu düşünür. Araşdırma Science jurnalında nəşr olundu.

(adsgarden = window.adsgarden || []).push({});