Bilmədən sağlamlığımızı necə itiririk? Hər gün etdiyimiz


Digərləri 26 Avq 2019 23:03:00 238 0

Bilmədən sağlamlığımızı necə itiririk? Hər gün etdiyimiz

Bəzi doğru bildiyimiz adi şeylər əslində sağlamlığımıza ziyan vurur.

Bir çox insanlar dişlərini səhv təmizləyir.

Belə ki, hər dəfə yeməkdən dərhal sonra dişlərinizi təmizləyirsinizsə, qidanın tərkibində olan turşular dişlərin daha dərin qatlarına daxil olur ki, bu da kariesin riskini kəskin artırır.

Yeməkdən sonra ağzınızı adi su ilə yaxalayın, ən azı yarım saat gözləyin və yalnız bundan sonra dişlərinizi təmizləyin.

Yataq ağlarını yuyandan sonra ütüləmək ehtiyac yoxdur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, yataq ağlarının ütülənməsi zamanı onların hiqroskopik (nəmi özünə çəkmək) xüsusiyyəti azalır ki, bu da sağlamlıq üçün faydalı hesab edilmir.

Digər tərəfdən təzə ütülənmiş ağlarda nəmlik qalır. Əgər qadın ütülənmədən dərhal sonra ağları dolaba yığırsa bu nəmişliyin və kif göbələklərinin əmələ gəlməsinə səbəb olur. Kif göbələkləri sağlamlığımız üçün çox ziyanlı sayılır və allergiyadan xərçəngə qədər bir çox xəstəliklər və pozulmaların riskini artırır.

Əgər yataq ağlarını ütüləyirsinizsə, onları ütüləyəndən sonra ən azı 1 saat ərzində otaqda açıq şəkildə sərin və yalnız sonra qatlayıb dolaba yerləşdirin.

Səhər saatlarında evin havasını dəyişmək səhvdir.

(adsgarden = window.adsgarden || []).push({});