İsmayıllıda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb


Digərləri 26 Avq 2019 22:44:00 309 0

İsmayıllıda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb

Avqustun 25-də İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

FHN-dən Son.az-a bildiriblər ki, yanğın nəticəsində dağlıq ərazidə 40 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.