Ağsuda baş verən yanğın söndürülüb


Digərləri 26 Avq 2019 22:33:21 196 0

Ağsuda baş verən yanğın söndürülüb

Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakı. Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən alınıb. Yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.