Məzuniyyətdən sonra depressiya –


Digərləri 26 Avq 2019 20:43:00 202 0

Məzuniyyətdən sonra depressiya –

İlginc elmi və psixoloji araşdırmalar - tətildən qayıdanlar istefa verir, çünki...

Türkiyənin Medikal Park Xəstəxanasının psixoloqlarından olan Zeren Okçuoğlu Kadıoğlu bildirib ki, istirahətdən qayıdandan sonra istefa edənlərin sayında bir artım var.

Son illər məzuniyyətdən qayıdan insanların istefa və depressiya faizində bir artım özünü göstərir.

Türkiyəli psixoloq hesab edir ki, bunun səbəbləri sadədir: "İşləyənlər üçün iş stressindən və məsuliyyətindən uzaq keçən tətildən sonra keçmiş, darıxdırıcı həyata qayıtmaq çətin gəlir və bunun öhdəsindən gələ bilmir. Onlara elə gəlir ki, həyat böyürlərindən axıb gedir və onlar heç nə yaşamadan yaşlanırlar. Bu səbəbdən də istefa verməyi problemdən çıxış yolu kimi görürlər".

Amma Türkiyənin Avcılar Medicana Xəstəxanasından psixoloq Betül Bilgen hesab edir ki, istirahətdə ruhlarına istirahət verən insanların tətildən sonra iş əmsalı və keyfiyyəti artır.

HƏR ŞEY TƏTİLDƏN SONRAKI İKL HƏFTƏYƏ BAĞLIDIR

Son.az musavat.com-a istinadən bildirir ki, Rusiyanın sosial araşdırma şirkətlərindən biri üzə çıxarıb ki, işçilərin 31 faizi daha çox tətil üçün maaşlarından fədakarlıq edir. Buna görə də işçilər yüksək maaşın itkisini hiss etdikləri vaxt rəhbərlikdən onun problemlərinin həllini gözləyir. Bəzən bu, işçi ilə rəhbərlik arasında ciddi anlaşılmazlıq yaradır ki, bunu da vaxtında həll etməsələr, işçinin öz işini itirməsi ilə nəticələnə bilər. Xüsusən də 16-24 yaşlı gənclərin beşdə ikisi daha çox tətil verilərsə, daha az maaş almağı qəbul edəcəklərini deyir. Araşdırma üzə çıxarıb ki, yeni işə girənlər ilk illərində belə maaş ödəmələrindən daha çox ekstra tətil istəyirlər.

İstirahət bitəndən sonra işə adaptasiya vaxt alsa da, bu vaxtı qısaltmağın yolları var. Həm işçilərin, həm də iş sahiblərinin tətbiq edəcəyi kiçik planlarla bu müddət daha da asan keçilə bilər. İşə getməzdən əvvəl hazırlıq görmək, ilk həftənin çətin keçəcəyini əvvəldən qəbul etmək problemi nisbətən xəfiflədə bilər. İlk həftə işdə nisbətən az yüklə çalışmaq lazımdır. Bu, tətil zamanı alınan enerji və müsbət emosiyaların birdən tükədilməsinin qarşısını ala bilər. Əksinə, bunların miqdarını artırmaq üçün ən yaxşısı sistemli idmanla məşğul olmaqdır.

TƏTİL DEPRESSİYASINDAN BELƏ ÇIXMAQ OLAR

Yaxşı, bəs işçilər bu adaptasiya üçün nə etsin?

1. İşə başlamazdan bir neçə gün öncə öz evinizdə olun. Evlə bağlı görməli olduğunuz işləri həyata keçirin, o günlərdə həll edin. İşə getməzdən bir gecə öncə yaxşı yatıb dincəlin.

2. Cansıxıcı iş həyatına qayıtmağı özünüz üçün asanlaşdırın. Qayıdışınızın ilk gününə vacib iclas və görüşlər təyin etməyin.

3. İlk günlər axşam gəzintiyə çıxın, əyləncənizi birdən-birə, "xırp" deyə yekunlaşdırmayın. Əksinə, tətildən işə kəskin keçid adaptasiyanı dözülməz hala çatdırır.

4. Keçmiş tətiliniz haqda düşünəndə heç vaxt "kaş ki" ilə başlanan cümlələr qurmayın, ancaq gözəl detalları yadınıza salın.

5. Məişət və iş həyatınızdakı pozitiv məqamlara yüklənin. Hər gün uğur qazandığınız, xoşunuza gələn şeylər barədə düşünün.

(adsgarden = window.adsgarden || []).push({});