Təvəssül etməyin şərtləri


Digərləri 26 Avq 2019 20:50:00 229 0

Təvəssül etməyin şərtləri

Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s) özü və Məsum İmamlarımız (ə) dualarımızda onlara təvəssül etməyi həmişə tösiyə etmişdilər. (Erfan)

Təvəssül etməyin həqiqəti Allaha yaxşı əməl görərək yaxınlaşmaqdır.

Yəni, Allahın iradəsinə söykənərək, mübarək şəxslərdən vasitə kimi istifadə etməkdir. "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın". ("Maidə" 35).

"Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər". ("Nisa" 64).

Təvəssül etmək insanın aqibətini xeyirli edən əməllərdəndir. Ancaq bu mühüm əməlin özünün də şərtləri vardır ki, onlarla tanış olaq:

1. Niyyət xalis olmalıdır. İmam Əli (ə) buyurur: "İlahi bəxşiş - niyyətin (ixlasının) ölçüsünə görədir".

2. Təvəssül edən zaman hacət məntiqli olmalı və dini çərçivədə olmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});