Bakıda kirayədə yaşayan qadına bıçaqla xəsarət yetirən şəxs tutulub


Kriminal 26 Avq 2019 19:58:00 217 0

Bakıda kirayədə yaşayan qadına bıçaqla xəsarət yetirən şəxs tutulub

Bakıda kirayədə yaşayan qadına bıçaqla xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirib.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək quldurluq yolu ilə 70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilib.