Çindən ABŞa: Hazırıq


Dünya 26 Avq 2019 19:27:00 230 0

Çindən ABŞa: Hazırıq

Çin nümayəndələri ticarət mövzusunda məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Vaşinqton bu addımı alqışlayır.

Son.az Trend-ə istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Fransanın Biarritz şəhərində Böyük Yeddiliyin (G7) sammiti çərçivəsində Misir prezidenti Abdel Fattah as Sisi ilə görüşdən əvvəl deyib.

D.Trampın sözlərinə görə, Çin nümayəndələri bazar günü axşam ABŞ rəsmilərinə zəng edərək məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını bildiriblər.

ABŞ prezidenti vurğulayıb ki, ÇXR rəhbərliyi bunun düzgün addım olduğunu başa düşür.