5 qat MotoGP çempionu Hemiltonu təkbətək yürüşə çağırdı


İdman 26 Avq 2019 19:20:00 233 0

5 qat MotoGP çempionu Hemiltonu təkbətək yürüşə çağırdı

Beşqat MotoGP çempionu Mark Markes Formula 1 yarışlarının beşqat çempionu, britaniyalı Lyuis Hemiltona təkbətək yürüş təklif edib.

Goal.az xəbər verir ki, ispaniyalı şəxsi yarışı əvvəlcə Formula 1 bolidinin sükanı arxasında, daha sonra motosikletdə keçirmək niyyətindədir.

“Mən bəzən onunla sosial şəbəkələrdə ünsiyyətdə oluram və onun motosiklet sürməyindən xəbərim var. O, bunu yaxşı bacarır. Mən ən azından onunla görüşü səbirsizliklə gözləyirəm. Biz ötən il buna çox yaxın idik, lakin görüşü həyata keçirmək alınmadı.

Mən testləri “Toro Rosso”nun bolidində keçirmişəm. Bu, həqiqətən də yaxşı təcrübədir. 40 dövrə sürdüm, bu, əsl sınaq idi. Sürət yaxşı idi, lakin mənim təcrübəm çatmır. Mən trasın necə olmasını bilirdim, lakin tormozlama nöqtələrinin müəyyən edilməsi və sıxma qüvvəsi anlayış üçün ən çətin anlar idi. Kim bilir, bəlkə də bir neçə ildən sonra Formula 1 mənim üçün haradasa daha ciddi ola bilər”, - deyə “GPblog” portalı Markesin sözlərindən sitat gətirir.