Suriyadan Türkiyəyə mesaj: "Ordumuz sizi gözləyir"


Dünya 26 Avq 2019 19:04:00 231 0

Suriyadan Türkiyəyə mesaj: "Ordumuz sizi gözləyir"

Türkiyənin Fəratın şərqində əməliyyata başlayacağını gözləyən Azad Suriya Ordusunun (ASO) qüvvələri rəsmi Ankaraya "hazırıq" mesajı göndərib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, ASO komandanları Türkiyənin başladacağı bütün hərəkatlarda iştirak edəcəklərini bildiriblər.

ASO komandirlərindən Ş.Şıxlı Türkiyə ordusu sayəsində türkmanların rahat həyat sürdüklərini deyib.

"Türkiyəyə təşəkkür edirik və bu hərəkatda onlarla çiyin-çiyinə döyüşməyə hazır olduğumuzu bildirmək istəyirik. Biz Menbiçin terrorçulardan təmizlənməsini gözləyirik. Buna görə də Türkiyənin başladacağı hərəkatı səbirsizliklə gözləyirik", - o bildirib.