Xorvatiya millisi yığmamızla oyun öncəsi itki ilə üzləşdi


İdman 26 Avq 2019 18:32:00 300 0

Xorvatiya millisi yığmamızla oyun öncəsi itki ilə üzləşdi

Futbol üzrə Xorvatiya millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan ilə oyun öncəsi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Almaniyanın Hoffenheim komandasında çıxış edən Andrey Kramariç zədələnib və yaxın vaxtlarda futbolçunun əməliyyat olunacağı bildirilir.

Daha öncə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç futbolçunu ehtiyat heyətə dəvət etmişdi.

Qeyd edək ki, Azərbaycan-Xorvatiya oyunu sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək. Matça saat 20:00-da start veriləcək.