250 kişi bir qadının yaşadığı evi daşa basdı


Dünya 26 Avq 2019 17:19:00 231 0

250 kişi bir qadının yaşadığı evi daşa basdı

Bursada 250 nəfərlik məhəllə sakinləri narkotik maddə satdığı və fahişəlik etdiyi iddiası ilə bir qadını öncə döyüb, sonra onun yaşadığı evi daş-qalaq ediblər.

Son.az İHA-ya istinadən xəbər verir ki, onlar bu yolla H.Ç.-nı məhəllədən çıxarmaq istəyiblər. Hadisə yerinə xeyli sayda polis əməkdaşları cəlb edilib.

Yaralı halda evdə gizlənən qadın, polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

H.Ç. isimli qadını məhəllədə görmək istəməyən sakin Recep Güven "Bu qadın 3 ildir burada qala-qala narkotik satır, fahişəlik edir. Ev atasının adına olduğu üçün onu məhəllədən çıxarda bilmirik. Bu qadın 20 gün öncə həbsxanadan çıxıb. Uşaqlarımız artıq bu qadına görə məhəlləyə çıxa bilmirlər. Çünki narkotik istifadəçiləri bu qadından məhəlləmizə narkotik almağa gəlirlər. Məhəlləmizdə narkotik alveri, fahişəlik görmək istəmirik. 1 ailə minlərlə ailənin rahatlığını pozur" deyib.

(adsgarden = window.adsgarden || []).push({});