Əməkdar artistin çəkildiyi Bollivud filminin kadrarxasından MARAQLI MƏQAMLAR


Şou-biznes 26 Avq 2019 16:29:00 216 0

Əməkdar artistin çəkildiyi Bollivud filminin kadrarxasından MARAQLI MƏQAMLAR

Xəbər verdiyimiz kimi, əməkdar artist Cavanşir Hadıyev Bollivud filmində baş rolda oynayır.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, aktyor hazırda çəkilişləri davam edən 2 seriyalı kriminal-dram-döyüş janrında filmin çəkilişlərindən kadrları və rejissorla aralarındakı söhbətin bəzi məqamlarını sosial şəbəkədə paylaşıb: 

"Quruluşçu rejissor Ahmad İbrahim əsl alicənab insan və aktyoru hiss edən bir rejissor. Uzaqdan görürəm ki kiməsə işarə edir gedin aktyorun üst geyimini soyundurun ona istidir. Onunla olan ilk söhbətimizdə  bildirmişdim ki, obrazım müsəlman terrorçudursa və yaxud ssenaridə antiİslam və antiPakistan işarələri cüzi da olsa varsa, mən razı deyiləm və gedirəm. O mənə bildirdi ki, bütün ailəm mömindir, evimdəki qadınların hamısı örtülüdür. Mən müsəlmanam, vətənim Hindistandır. Onu var qəlbimlə sevirəm. Gözlə gedim namazımı qılım gəlirəm".

Aktyor digər paylaşımında isə Azərbaycan və Hindistan rejissorlarının çəkiliş proseslərini müqayisə edib

Hindistanlı prodüser: "Ser do you want mojito" (Ser, moxito istəmirsiz?)

"Mister Javanshir, Would you like to relax?" (mister Cavanşır bəlkə istirahət edəsiz?)

"Ser, do not want to eat" (Ser, yemək istəyirsiz?).....

(adsgarden = window.adsgarden || []).push({});