Elgiz "Səhərsəhər"dən getdi


Digərləri 26 Avq 2019 16:39:00 295 0

Elgiz "Səhərsəhər"dən getdi

Televiziyada yeni mövsümün başlaması ilə əlaqədar bir çox dəyişikliklər edilməsinə artıq başlanılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, dəyişikliklərdən ARB kanalı da yan keçməyib. Belə ki, telekanalda sentyabrdan bir neçə dəyişikliklər yer alacaq.

Onlardan biri də aparıcı Elgiz Əkbərin səhər verilişindən getməsidir. Elgiz, bundan sonra başqa bir proqramla tamaşaçıların qarşısına çıxacaq.

Onun "Səhər-səhər" verilişini isə müğənni Əli Mirəliyev yeni tərəf müqabilləri ilə birlikdə təqdim edəcək.