Nüşabə Ələsgərli polisə çağırıldı İDDİA


Şou-biznes 26 Avq 2019 15:59:00 208 0

Nüşabə Ələsgərli polisə çağırıldı  İDDİA

Müğənni Nüşabə Ələsgərli polisə çağırılıb. Həmkarı Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında Nəsimi rayonu Polis İdarəsinə dəvət olunan Ələsgərli izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Son.az xəbər verir ki, M.Ağayevin qızı Səməyanin keçmiş həyat yoldaşı Taleh Hüseynov baku.ws-ə açıqlamasında bildirib ki, boşanmağa qərar verdikdən sonra Manaf Ağayevin göstərişi ilə şou-biznesdəki dostları tərəfindən təzyiqlərə məruz qalıb:

"Bunlardan biri də Nüşabə Ələsgərli idi ki, mənə dəfələrlə sərt təzyiqlər göstərirdi. Müəyyən insanların vasitəsilə mənim "başıma oyun açacağı" və ciddi problemlər yaradacağı ilə hədə-qorxu gəlirdi. Bu təzyiqlər mən polisə müraciət edənədək davam etdi. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etdim. Nüşabə Ələsgərli Nəsimi rayon Polis İdarəsinə çağırıldı. İzahatı alındıqdan sonra sərbəst buraxıldı. 

Qadın konkret olaraq Manafın tapşırığını yerinə yetirir. Yoxsa mənim onunla heç bir problemim olmayıb. İndi də məhkəmədə mənə qarşı şahidlik edir".

Xatırladaq ki, Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan ayrılıb. 21 avqustda Taleh Hüseynov keçmiş xanımı ilə Apelyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyrinə qərar çıxarıb.