Mərdəkanda qadına qarşı quldurluq edən keçmiş məhkum tutuldu


Kriminal 26 Avq 2019 15:19:00 213 0

Mərdəkanda qadına qarşı quldurluq edən keçmiş məhkum tutuldu

Mərdəkanda qadına qarşı quldurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılıb.