Hamilə qadını boğub, xəsarət yetirdilər


Kriminal 26 Avq 2019 15:09:00 209 0

Hamilə qadını boğub, xəsarət yetirdilər

Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində boğulma xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə məlumat yayıb.

Son.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.

Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb.

Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.