9 yaşlı idmançımız erməni rəqibinə qalib gəldi


İdman 26 Avq 2019 13:00:00 202 0

9 yaşlı idmançımız erməni rəqibinə qalib gəldi

Gürcüstanın Batumi şəhərində keçirilən açıq turnirdə Azərbaycan gimnastları uğurla çıxış ediblər.

Goal.az xəbər verir ki, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Ermənistan komandalarının iştirak etdiyi yarışda 9-10 yaşlı batut gimnastımız İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbinin yetirməsi, Ammar Baxşalıyev istər yarımfinalda, istərsə də final çıxışlarında üstünlüyü əldən verməyib. Finalda erməniyə qalib gələn Baxşalıyev Batumidə çempionluğu bayram edib.

Qeyd edək ki, bu növdə yığma komandanın baş məşqçisi Vladimir Şulikin, A.Baxşaliyevin şəxsi məşqçisi isə Abdulla Qasımovdur.