ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib (FOTO)


Digərləri 26 Avq 2019 13:42:07 170 0

ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Azərbaycanda və Çində UNESKO-nun Ümumdünya irs obyektləri" mövzusunda Çin mədəniyyəti həvəskarları klubunun növbəti iclası keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Azərbaycanda və Çində UNESKO-nun Ümumdünya irs obyektləri" mövzusunda Çin mədəniyyəti həvəskarları klubunun növbəti iclası keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, tədbir Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə həsr olunub. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan ilə UNESKO arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafından danışıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliği, sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi ümumbəşəri ideyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini xüsusilə qeyd edib. R.Abbasov vurğulayıb ki, Azərbaycan Muğamı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksinin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi məhz Mehriban Əliyevanın daimi səylərinin nəticəsidir. R.Abbasov Mehriban Əliyevanın Heydər Əliyev Fondunun illik fəaliyyətinə həsr olunmuş toplantıda iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Xayçjou, UNESKO-nun Baş Konfransının sədri Xao Pinq, eləcə də Heydər Əliyev Fondunun Azərbaycan-Çin arasındakı humanitar əlaqələri və Çində müxtəlif mədəni layihələri reallaşdıran xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaoli ilə görüşlərini xatırladıb.