Goranboyda qəza - Ölən və xəsarət alanlar var


Digərləri 26 Avq 2019 13:47:49 215 0

Goranboyda qəza - Ölən və xəsarət alanlar var

Goranboy rayonunun Veyisli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Goranboy rayonunun Veyisli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 24-də saat 21 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində rayon sakini S.Quliyevin idarə etdiyi “KamAZ” və Tərtər rayon sakini R.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Əhmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.