Mingəçevirdə şadlıq sarayının qarşısından avtomobil qaçıran şəxs saxlanılıb (FOTO)


Digərləri 26 Avq 2019 13:30:00 185 0

Mingəçevirdə şadlıq sarayının qarşısından avtomobil qaçıran şəxs saxlanılıb (FOTO)

Mingəçevirdə şadlıq sarayının qarşısından avtomobil qaçıran şəxs saxlanılıb

Bakı. Avqustun 25-də Mingəçevir şəhər sakini Saleh Rəhimov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, müraciət aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə yönləndirilib və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.