Azərbaycanda dopler radar sistemin quraşdırılacağı vaxt məlum olub


Digərləri 26 Avq 2019 13:34:00 200 0

Azərbaycanda dopler radar sistemin quraşdırılacağı vaxt məlum olub

Azərbaycanda dopler radar sistemin quraşdırılacağı vaxt məlum olub.

Bakı. Samir Əli - Azərbaycanda dopler radar sistemin quraşdırılacağı vaxt məlum olub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Baron” şirkətinin nümayəndəsi Sergey Brayl bildirib. O qeyd edib ki, şirkətin Milli Hidrometeorologiya Departamenti ilə bağladığı müqaviləyə əsasən, sistem ilin sonuna kimi Azərbaycana çatdırılacaq: "2020-ci ilin birinci rübündə quraşdırma tam başa çatacaq. Radarın radiusu 250 kilometr, yağıntılar zonasının hündürlüyü isə altı kilometri əhatə edəcək. 250 kilometr deyən zaman biz dənizi də nəzərdə tuturuq. Ona görə, bu cihaz sahildə quraşdırılmalıdır. Hətta qonşu ölkədən hava axınını görmək üçün sərhəddə də quraşdırılmalıdır. Bütün bunları etmək üçün vaxt lazımdır".