İndoneziya Prezidenti elan etdi - Paytaxt köçürülür


Digərləri 26 Avq 2019 13:16:28 231 0

İndoneziya Prezidenti elan etdi - Paytaxt köçürülür

İndoneziyanın paytaxtı Cakartadan Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcək.

Bakı. İndoneziyanın paytaxtı Cakartadan Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İndoneziya rezidenti Joko Vidodo bəyanat verib. Hökumətin bu məqsədlə təxminən 32 milyard dollar xərcləyəcəyi gözlənilir. Əsas işlərə 2021-ci ildə başlanılacaq. Planlaşdırma və milli inkişaf naziri Bambang Brojonegoro qeyd edib ki, hakimiyyət 2024-cü ilə qədər hökumətin yeni paytaxta köçəcəyini gözləyir. Onun sözlərinə görə, əvvəlcə yeni paytaxt üçün bir neçə variant var idi: "Xüsusilə bütün dövlət strukturlarını yalnız Cakartanın mərkəzində cəmləşdirmək istəyirdik. Lakin nəticədə başqa bir adaya tam köçmək barədə qərar verildi".