Azərbaycanda fermer faciəvi şəkildə öldü


Digərləri 26 Avq 2019 12:09:00 200 0

Azərbaycanda fermer faciəvi şəkildə öldü

Salyan rayonunun Seyidlər kəndində bədbəxt hadisə nəticəsində fermer təsərrüfatının sahibi olan 1981-ci il təvəllüdlü Əzizov Fərəc Əziz oğlunu kənddəki maşın yuma sexində ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, 38 yaşlı fermer təsərrüfatının quşçuluq sexindəki hava təmizləyən qurğuları yumaq məqsədi ilə onların üzərinə elektrik nasosu ilə su vurarkən onu elektrik cərəyanı vurub.

Hadisə baş verən zaman onun yanında olan işçiləri fermeri maşına qoyub Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da artıq gec olub.

Qeyd edək ki, ailənin sonuncu övladı olan Fərəc Əzizov 4 bacının yeganə qardaşı olub. Onun özünün də 4 azyaşlı övladı var idi.