Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır


Digərləri 26 Avq 2019 11:59:45 195 0

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır.

Bakı. Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır. Trend-in məlumatına görə, bunu ABŞ-ın “Baron” şirkətinin Azərbaycanda “vahid milli hidrometeoroloji sistemin yaradılması” proqramı çərçivəsində Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometerologiya xidməti üçün rahatlıq yaradacaq: "Dopler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə əvvəlcədən hazır olmaq imkanı yaradır. Belə bir sistemin alternativi yoxdur. Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək və 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış, daha dəqiq formada verilməsini təmin edəcək. Buna qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi bütün regionlar üzrə hansı proseslərin qeydə alındığını dəqiq deyə biləcəyik". U.Tağıyeva qeyd edib ki, dopler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq: