İsmayıllı meşələrində də yanğın başlayıb


Digərləri 26 Avq 2019 11:49:00 212 0

İsmayıllı meşələrində də yanğın başlayıb

İsmayıllı meşələrində yanğın başlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.

R.Ağayevin sözlərinə görə, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.