Qəbələ-nin sabiq futbolçusu karyerasını başa vurdu


İdman 26 Avq 2019 11:00:00 235 0

Qəbələ-nin sabiq futbolçusu karyerasını başa vurdu

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay karyerasını başa vurub.

Goal.az xəbər verir ki, 36 yaşlı ukraynalı yarımmüdafiəçi bu barədə şəxsi “Instagram” səhifəsində yazıb. Onun son iş yeri Donetsk “Olimpik”i olub.

Qeyd edək ki, Qay “Qəbələ”də 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək çıxış edib.