Barselonada çimərlik təxliyə edildi - Partlayıcı qurğuya görə


Digərləri 26 Avq 2019 11:06:26 233 0

Barselonada çimərlik təxliyə edildi - Partlayıcı qurğuya görə

Barselona polisi partlayıcı qurğu səbəbi ilə şəhər mərkəzinin yaxınlığındakı San-Sebastianın ən populyar çimərliklərindən birini boşaldıb.

Bakı. Barselona polisi partlayıcı qurğu səbəbi ilə şəhər mərkəzinin yaxınlığındakı San-Sebastianın ən populyar çimərliklərindən birini boşaldıb. Trend-in məlumatına görə, bununla bağlı şəhər polisi "Twitter"də məlumat yayıb. Məlumatda deyilir: "Biz San Sebastian çimərliyini təxliyə etdik və Mülki Qvardiya tərəfindən aşkar edilən partlayıcı cihaz səbəbi ilə ərazini nəzarətə götürdük. İşçilərimizin təlimatlarına əməl edin və təsdiqlənməmiş məlumatları yaymayın".