ETSN: Restoran və şadlıq saraylarının 95 faizində təmizləyici qurğu quraşdırılıb


Digərləri 26 Avq 2019 10:51:00 194 0

ETSN: Restoran və şadlıq saraylarının 95 faizində təmizləyici qurğu quraşdırılıb

İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib.

Bakı. Ceyhun Ələkbərov - İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat veriblər. Bildirilir ki, havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində ETSN tərəfindən ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb. Lakin bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.