Yəmən üsyançılarının buraxdığı iki dron vuruldu


Dünya 26 Avq 2019 09:54:00 227 0

Yəmən üsyançılarının buraxdığı iki dron vuruldu

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri "Ənsar Allah" (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuat agentliyi koalisiyanın nümayəndəsi polkovnik Turki əl-Malikiyə istinadən bildirib.

Onun sözlərinə görə, koalisiya qüvvələri Səudiyyə Ərəbistanı istiqamətində Sana bölgəsindən hussilər tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını ələ keçirərək vurublar.

Turki Əl-Maliki vurğulayıb ki, hussilərin dronları işə salmaq üçün etdiyi hər hansı bir cəhdləri uğursuzluğa məhkumdur.