Türkiyədən İraqın şimalında ƏMƏLİYYAT:
Dünya 26 Avq 2019 09:44:00 196 0
İraqın şimalındakı "Pençe-3" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri altı PKK terrorçusunu zərərsizləşdirib.
Son.az Trend-ə istinadən xəbər verir ki, hava əməliyyatı zamanı dörd terrorçu, atışma zamanı isə iki terrorçu zərərsizləşdirilib.
Beləliklə, "Pençe-3" əməliyyatı zamanı cəmi 15 terrorçu zərərsizləşdirilib.
Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.
Mənbə: milli.az