Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır


Digərləri 26 Avq 2019 09:49:00 226 0

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.