Qubada dağlıq ərazidə itkin düşən şəxsin meyiti tapılıb


Digərləri 26 Avq 2019 09:12:00 169 0

Qubada dağlıq ərazidə itkin düşən şəxsin meyiti tapılıb

Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Bakı. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.​