Qusarda mağaza yanıb


Digərləri 26 Avq 2019 08:38:55 211 0

Qusarda mağaza yanıb

Qusar rayonunda mağaza yanıb

Bakı. Qusar rayonunda mağaza yanıb. FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Gündüzqala kəndində ümumi sahəsi 80 m² olan mağazanın yanar konstruksiyaları və dam örtüyü 4 m² sahədə yanıb. Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.