Ərəbistan koalisiyası Yəmən üsyançılarının buraxdığı iki dronu vurub


Digərləri 26 Avq 2019 08:20:33 207 0

Ərəbistan koalisiyası Yəmən üsyançılarının buraxdığı iki dronu vurub

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri "Ənsar Allah" (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını vurub

Bakı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri "Ənsar Allah" (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını vurub. Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı mətbuat agentliyi koalisiyanın nümayəndəsi polkovnik Turki əl-Malikiyə istinadən bildirib. Onun sözlərinə görə, koalisiya qüvvələri Səudiyyə Ərəbistanı istiqamətində Sana bölgəsindən hussilər tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını ələ keçirərək vurublar.