Günün qoroskopu: Uğurlu gündür, xeyli yaxşı imkanlarınız yaranacaq


Digərləri 26 Avq 2019 00:01:00 214 0

Günün qoroskopu: Uğurlu gündür, xeyli yaxşı imkanlarınız yaranacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Hadisələrin axarını dəyişmək üçün cəhd göstərməsəniz, gününüz cansıxıcı, maraqsız və boz keçəcək. Həyatınıza müxtəliflik qatmaq şanslarınız var, bunun üçün bir qədər fantaziya və aktivlik tələb olunur. Qohumlarınızla fikir ayrılıqları yaşaya bilərsiniz. Doğrusu, çox zaman elə mübahisə etmək naminə hamının əksinə gedirsiniz. Güzəştə gedin, beləliklə, həm öz əsəblərinizi qorumuş olarsınız, həm də ətrafınızdakıların başını ağrıtmazsınız. Axşamçağı hədiyyə ala bilərsiniz.

Buğa - Gərgin və yorucu gündür. Xeyli qayğılarınız və həyəcanlanmaq üçün səbəbləriniz peyda olacaq. Müxtəlif problemləri həll etməli, başqalarının etdikləri səhvləri düzəltməli, əslində biganə olduğunuz insanlar üçün dəridən-qabıqdan çıxmalı olacaqsınız. Bəs yaxşı heç nə olmayacaq? Əlbəttə ki, olacaq. Məsələn, bir nəfərin sizə gizlində güclü rəğbət bəslədiyini aşkara çıxara bilərsiniz. Günün ikinci yarısı uşaqlarla ünsiyyət kefinizi açacaq.

Əkizlər - Uğurlu gündür, xeyli yaxşı imkanlarınız yaranacaq. Sizdən tələb olunan - taleyin hədiyyələrindən yararlanmaqdır. İstnilən yeni layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz. Hətta onların uğuruna inanmasanız belə, nəticə sizi kədərləndirməyəcək. Şəxsi və işgüzar görüşlər, peşəkar və dostyana söhbətlər üçün uyğun gündür. Gələcəyə nikbinliklə baxırsınız. Bu isə qarşı cinsin nümayəndələrinin sizə olan marağını artırır. Enerjiniz gün boyunca tükənməyəcək.

Xərçəng - Lap azacıq səy göstərsəniz, möhtəşəm nailiyyətlər qazana bilərsiniz. Əlinizə düşən fürsətdən son zamanlar fikirlərinizi məşğul edən ideyanı gerçəkləşdirmək üçün istifadə edin. Enerjiniz çoxdur, yorulmaqdan qorxmayın. Bu gün asanlıqla aşiq olmaq, lap başınızı itirmək ehtimalı var. Əgər belə bir hal olarsa, hissləriniz qarşılıqlı olacaq. Yeni bir eşq macərası başlayacaq və nikahla davam edəcək.

Şir - Gün istədiyiniz kimi yaxşı alınmır. Bəzi Şirlərin ümidləri alt-üst olacaq, bəziləri isə taleyin oyunlarına əməlli-başlı hirslənəcəklər. Hər şeyi düzəltmək şansınız var: bunun üçün şəraitə nəzarəti ələ almaq lazımdır. Özünüzə yazığınız gəlməyi bir tərəfə buraxıb, yubanmadan hərəkətə keçsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Yeni bir sahədə özünüzü sınaya bilərsiniz, amma ehtiyatlı olmalısınız. Pis vərdişlərə bu gün tez alışırsınız. Zəifliklərinizin üstün gəlməsinə imkan verməyin, sonra bunlardan qurtulmaq sizə qat-qat çətin olacaq.

Qız - Dünənki kimi yaxşı gün deyil, amma bir qədər ağlınızı işə salsanız, bu da pis keçməyəcək. İntuisiyanıza güvənin, eksperimentlərdən çəkinməyin. Həyatınızda çox yeni və hərtərəfli gözəl bir dəyişiklik edə bilərsiniz - buna azacıq cəhd edin. Yaxınlarınızla əla dil tapır, əvvəllər fikir ayrılıqları yaradan məsələlərdə ortaq məxrəcə gəlirsiniz. Qohumlarınızla birlikdə çox vacib bir işə başlamağın zamanıdır.

Tərəzi - Bəxtiniz gətirmir. Gününüz uğursuz başlayır. Bəzi Tərəzilər elə fikirləşirlər ki, heç bir şey bacarmırlar və həmin dəqiqədən etibarən işləri korlanır. Amma nikbin olanlar neqativ tendensiyaların təsirindən qurtula və günün birmənalı olmayan hadisələrindən öz xeyirlərinə istifadə edə bilirlər. Qarşı cinsin nümayəndələri ilə dil tapmaq çox çətin olur. Ümumiyyətlə, ünsiyyət baxımından bu gün çox mürəkkəbdir. Ailəlilər mübahisə edir, sevgililər münasibətləri aydınlaşdırır, valideyn Tərəzilər uşaqlarına təzyiq edirlər.

(adsgarden = window.adsgarden || []).push({});