İraqın şimalında üç türk əsgəri ölüb


Digərləri 25 Avq 2019 22:47:43 195 0

İraqın şimalında üç türk əsgəri ölüb

PKK terror qruplaşmasına qarşı həyata keçirilən "Pençe-3" əməliyyatı zamanı üç türk əsgəri həlak olub, daha yeddi nəfər yaralanıb

Bakı. İraqın şimalındakı PKK terror qruplaşmasına qarşı həyata keçirilən "Pençe-3" əməliyyatı zamanı üç türk əsgəri həlak olub, daha yeddi nəfər yaralanıb. Trend-in Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, yaralılar xəstəxanalara çatdırılıb. Bölgədə əməliyyat davam edir. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri "Pençe" əməliyyatı çərçivəsində İraqın Xakurk rayonunda 19 terrorçunu zərərsizləşdirib.