Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb FOTO
Digərləri 25 Avq 2019 21:09:00 249 0
Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 15 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.
Yanğın saat 18.20-də söndürülüb.
Mənbə: milli.az